Menu

“Bravo Supermarket”in kapitalı və rəhbərinin adı açıqlandı

01.06.2016, 09:44
“Bravo Supermarket”in kapitalı və rəhbərinin adı açıqlandı

“Bravo Supermarket”in kapitalı və rəhbərinin adı açıqlanıb.

Vergilər Nazirliyindən verilən məlumata görə, MMC-nin qanuni təmsilçisi Almaniya vətəndaşı Wagner Holgerdir.

“Bravo Supermarket”inin nizamnamə kapitalı 100 manat təşkil edir.

Xatırladaq ki, “Bravo Supermarket” MMC martın 2-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 152-də yerləşir.  /“APA-Economics”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol