Menu

İsmayıllıda avtomobil yolunda sürüşmə baş verib

01.06.2016, 15:12
İsmayıllıda avtomobil yolunda sürüşmə baş verib

İsmayıllı rayonu ərazisində, Basqal-Sulut avtomobil yolunda sürüşmə hadisəsi baş verib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Baş geoloq qeyd edib ki, atmosfer yağıntılarının təsirindən ərazidə uzunluğu 120-140 metr olan sürüşmə sahəsi yaranıb.

Ə. Piriyev onu da qeyd edib ki, Basqal-Sulut avtomobil yolundakı sürüşmə rayon ərazisində yeni sürüşmə sahəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol