Menu

Bakıda “Mango” bağlandı

01.06.2016, 23:37
Bakıda “Mango” bağlandı

Azərbaycandakı ən böyük geyim mağazalarından biri olan “Mango”nun Rəsul Rza küçəsində (“Torqovıy”) yerləşən şöbəsi bağlanıb. “Marja” xəbər verir ki, bağlanan mağaza “Mango”nun ilk şöbəsidir. “Mango” mağazasının üzərində, bundan sonra “Gənclik Mall” ticarət mərkəzində fəaliyyət göstərəcəyi bildirilir. Markanın “Gənclik Mall”da “Mango Kids” və “Mango Women” şöbələri açılacaqdır.

 “Next” və “New Yorker” brendləri ilə bərabər, “Mango” brendini də Azərbaycanda “SSI Retail” MMC təmsil edir. “SSI Retail” MMC “Sinteks” şirkətlər qrupuna daxildir.

Click to enlarge image mango1.jpg

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol