Menu

​Fransa yığmasının futbolçuları Avro-2016-da hər qələbəyə görə rekord məbləğ qazanacaqlar

01.06.2016, 23:34
​Fransa yığmasının futbolçuları Avro-2016-da hər qələbəyə görə rekord məbləğ qazanacaqlar

Ən az mükafat 165 min avro təşkil edir

Futbol üzrə Fransa yığmasının oyunçularının doğma divarlar arasında keçiriləcək Avropa çempionatı-2016-da qazanılan hər qələbəyə görə mükafatı 300 min avro təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə "L’Equipe" nəşri yazıb.

Finalda məğlubiyyətə görə "üçrənglilər"in hər bir futbolçusu 250 min avro alacaq.

Əgər fransalılar turnirdə çıxışlarını yarımfinal mərhələsində dayandırarlarsa, oyunçular hərəyə 210 min avro qazanacaqlar. Nəhayət Fransa yığmasını ən az mükafat mübarizəni ¼ finalda dayandıracaqları təqdirdə gözləyir (165 min).

Avropa çempionatı 10 iyun-10 iyul tarixlərində Fransada keçiriləcək. Yerli komanda "A" qrupunda Rumıniya (10 iyun), Albaniya (15 iyun) və İsveçrə (19 iyun) ilə mübarizə aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol