Menu

Qidalara duz məhdudiyyəti

02.06.2016, 11:43
Qidalara duz məhdudiyyəti

ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA), qidalarda duz miqdarını təxminən üçdə bir nisbətində azaldılmasını məcbur edən sərəncamını yayımlayıb.

Yeyinti sənayesi üzərində geniş bir təsirə malik ola biləcək dəyişikliyin tətbiqinə başlanılır. "Marja" xəbər verir ki, ABŞ-ın Ərzaq və Dərman İdarəsinin yeni sərəncamı, qidalar ilə gündəlik orta hesabla 3400 mq olan duz qəbulu miqdarını 2300 mq-a salınmasını nəzərdə tutur.

Qidalarda duzun yüksək olması qan təzyiqində artım, buna bağlı olaraq ürək xəstəlikləri və infarkt riskini yaradır. FDA, ABŞ-da ölüm hallarında qarşıya çıxan iki səbəbin bunlar olduğunu bildirir.

FDA, duz qəbulu ilə bağlı yeni məhdudlaşdırmanın, satışlarının böyük bir hissəsi milli olan şirkətlər və restoran şəbəkələri tərəfindən həyata keçirilməsini tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol