Menu

Rusiya çempionu Mahaçqalada güllələnib - Video

02.06.2016, 13:53
Rusiya çempionu Mahaçqalada güllələnib - Video

Həkimlər idmançının bədənindən 6 güllə çıxardıblar.

Peşəkar qarışıq idman növü üzrə döyüşçü Şahbulat Şamxalıyevaya qarşı silahlı hücum olunub. Ans press-in məlumatına görə, idmançı Dağıstan Respublikasının paytaxtı Mahaçqalada ağır yaralanıb.

Hadisə ötən gün baş verib. İdmançıya hücum hadisəsi restoranın müşahidə videokamerasına düşüb. Naməlum şəxs tapança ilə restorana daxil olub. Onun ardınca daha bir kişi masa arxasından durub. Onlar bir neçə addım ataraq ateş açmaqa başlayıb. Şamxalayev ağır yaralanıb. Həkimlər idmançının bədənindən 6 qüllə çıxardıb. Onlar həmçinin idmançının böyrəklərindən birini çıxarmalı olublar. Bununla belə, Şamxalayev vəziyyəti sabit qiymətləndirilir.

İdmançının güllələnmə anı

32 yaşlı Şamxaliyev 2012-ci və 2014-cü ildə Bellator FC. klubunda çıxış edib. Onun aktivində 15 oyuna 12 qələbə var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol