Menu

Türkiyə 5 pillə gerilədi - FİFA Dünya reytinq cədvəlini açıqladı

02.06.2016, 16:05

turkiye milliMay ayı FİFA Dünya sıralamasını açıqlayıb: Türkiyə 5 pillə geriləyərək 18-ci yerdə qərarlaşıb

"AzPolitika" xəbər verir ki, aprel ayını 7 pillə yüksələrək 13-cü sırada başa vuran Türkiyə, may ayını 18-ci pillədə başa vurub. Türkiyənin AVRO-2016 D qrupundakı rəqiblərindən İspaniya öz yerini qoruyub və 6-cı sırada yer alıb. Qrupdakı digər rəqiblərdən Xorvatiya 4, Çexiya isə 1 pillə geriləyib. Xorvatiya 27, Çexiya isə 30-cu sırada yer alıb.

Argentinanın liderlik etdiyi sıralamada digər yerləri sırası ilə Belçika, Kolumbiya, Almaniya, Çili, İspaniya, Braziliya, Portuqaliya, Uruqvay və Avstriya tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol