Menu

Ruslar bu 3 dövləti düşmən sayır

02.06.2016, 17:15
Ruslar bu 3 dövləti düşmən sayır

Ruslar ölkənin əsas düşməni kimi ABŞ, Ukrayna və Türkiyəni görür.

Strateq.az bildirir ki, bu barədə nufuzulu “Levada-Centr” mərkəzinin keçirdiyi rəy sorğusunda məlum olub.

Rəyi soruşulanların 72 faizi hesab edir ki, Rusyayanın ən böyük düşməni ABŞ-dır. İkinci yerdə Ukrayna gəlir (48 faiz). Bu sorğu tarixində indiyə qədər müşahidə edilən bir rəqəmdir. “Üçlüyü” 29 faizlə Türkiyə qapadır. Halbuki, təyyarə qalmaqalına qədər bu rəqəm cəmi 1 faiz idi.

Rusiyanın əsas dostları Belarus (50 faiz), Qazaxıstan (39 faiz) və Çin (34 faiz) göstərilib. Rəyi soruşulanların 10 faizi Suriyanın adını çəkib. 2015-ci ildə bu rəqəm 2 faiz olub.

Sosioloqlar bildirib ki, Rusiya əhalisinin böyük əksəriyyəti Amerikaya (70 faiz) və Avropa Birliyinə (62 faiz) çox pis münasibət bəsləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol