Rusiya KİV-nin yaydığı məlumata görə, bu ölkənin hökuməti ərzaq embarqosu rejimini yumşaltdığını və uşaq qidası istehsalında xammal kimi istifadə olunan mal ətini, toyuq ətini və tərəvəzi embarqo siyahısından çıxartdığını elan edib (İnterfaks.ru).
Hökumətin 27 may 2016 il tarixli qərarına əsasən, uşaq qidası istehsalında istifadə olunan iribuynuzlu heyvanların əti, quş əti və quş əti məhsulları, tərəvəz məhsulları (xammal və ya suda, su buxarında bişirilmiş, dondurulmuş, qurudulmaş tərəvəz məhsulları) embarqoaltı rejimdən çıxarılır.
Bu məhsulların ölkəyə gətirilməsi, məqsədli təyinatı kənd təsərrüfatı nazirliyi (KTN) tərəfindən müəyyən edildikdən sonra həyata keçiriləcək. Həmin məhsulların idxal qaydaları və həcmi də nazirlik tərəfindən müəyyən olunacaq.
Uşaq qidası istehsalı üçün ixracı nəzərdə tutulan məhsulların məqsədli təyinatının müəyyən edilməsi qaydalarının hazırlanması və təsdiq olunması məsələlərii də hökumət tərəfindən kənd təsərrüfatı nazirliyinə həvalə olunub.
Məlumat üçün bildirək ki, Rusiya Federasiyasında ərzaq embarqosu 07 avqust 2014-cü il tarixindən qüvvəyə minib. Embarqo aşağıdakı ölkələrə aid edilib: ABŞ, Avstraliya, Norveç və Kanada. 2015-ci ildə embarqonun müddəti 05 avqust 2015-cı ilə qədər uzadılıb. 13 avqust 2015-ci il tarixində bu siyahıya Albaniyanın, Çernoqoriyanın, İslandiyanın, Lixtenşteynin, 01 yanvar 2016-cı il tarixdən isə Ukraynanın adları əlavə olunub.
Xəbər veilir ki, hazırda hökumət ərzaq embarqosunun müddətinin 2017-ci ilin sonuna qədər uzadılmasını nəzərdə tutan sənədlərin hazırlanması ilə məşğuldur.
AzPolitika.info

Şərhlər