Menu

Fransa su altında: ölənlərin sayı artır - VİDEO

04.06.2016, 15:44
Fransa su altında: ölənlərin sayı artır - VİDEO

Fransanın mərkəzi hissəsində daşqın nəticəsində 4 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Manuel Vals bildirib.

Bundan əvvəl 3 nəfərin həlak olduğu bildirilirdi.

M.Vals qeyd edib ki, Parisdə Sena çayında suyun səviyyəsi şənbə gününə keçən gecə pik həddə - 6,1 metrə çatıb. Bu, son 34 ildə rekord göstəricidir.

Daşqın qurbanlarının sayının artacağı istisna edilmir. Bir neçə min nəfər evlərindən təxliyə olunub, 10 minlərlə insan işıqsız qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol