Menu

Bakıda ağır avtobus qəzası: 2 nəfər ölüb

04.06.2016, 22:07
Bakıda ağır avtobus qəzası: 2 nəfər ölüb

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.Hadisə paytaxtın Qaradağ rayonunda baş verib. "Mercedes" markalı minik avtomobilinin "İsuzu" markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində 2 nəfər ölüb.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Qəza nəticəsində "Mercedes" markalı avtomobil deformasiyaya uğrayıb, içərisində olan 2 sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol