Xarici KİV-in yaydığı məlumata görə, ABŞ hərbi-dəniz qüvvələrinə məxsus raket esminesi bazar ertəsi Qara dənizə daxil olmağı planlaşdırır. Xəbəri ABŞ Altıncı donanmasının komandanlığı yayıb (İnterfaks.ru).
Xəbərdə deyilir ki, Qara dənizə daxil olacaq esmines, ABŞ-ın NATO həmkarlarına məxsus limanlara yan alacaq. Səfər, ABŞ-ın rəhbəriyi altında Avropa ölkələrində aparılan «Atlantik qətiyyəti» əməliyyatı çərçivəsində həyata keçiriləcək.
Esmines, bölgədə təhlükəsizliyi qorumaq məqsədilə Qara dənizdə patrul əməliyyatları həyata keçirəcək.
AzPolitika.info


Şərhlər