Menu

Liviya sahillərində ölən miqrantların sayı 133 nəfərə çatıb

05.06.2016, 21:58

miqrantLiviya sahillərində mühacirlərin olduğu gəminin batması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Liviya sahil mühafizəçiləri batan gəmini iyunun 2-də aşkar ediblər.

Gəminin Zuvara şəhəri yaxınlığında tapıldı bildirilir. Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib ki, ölənlərin əksəriyyəti müxtəlif Afrika ölkələrindən olan qadınlardır, həmçinin sudan 5 uşağın meyiti çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol