Menu

Qazaxıstanda anti-terror əməliyyatı - 4 nəfər öldürülüb, 7 nəfər saxlanılıb

05.06.2016, 22:28

qazaxistan bayraq 564Digər cinayətkarların tutulması istiqamətində əməliyyat aparılır

Qazaxıstanın qərbində yerləşən Aktobe şəhərində aparılan anti-terror əməliyyatı zamanı 4 cinayətkar öldürülüb, 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayev bildirib.

Onun sözlərinə görə, saxlanılanlardan ikisi yaralanıb. Hazırda digər cinayətkarların saxlanması üzrə kompleks əməliyyat-axtarış tədbirləri aparılır.

Məlumata görə, cinayətkarlar "Pallada" silah mağazasına silahlı hücum ediblər, orada satıcını və mühafizəçini qətlə yetiriblər. Onlar, həmçinin hadisə yerinə gələn üç polis əməkdaşını yaralayıblar. Mağazaya hücum zamanı cinayətkarlar tərəfindən bir müştəri öldürülüb, digəri isə yaralanıb. Polislə atışma zamanı canilərdən üçü öldürülüb, biri saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol