Menu

Bakıda iki qardaşı öldürən şəxs cəzasının azaldılmasını istəyir

06.06.2016, 10:13
Bakıda iki qardaşı öldürən şəxs cəzasının azaldılmasını istəyir

İki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə onun şikayəti üzrə məhkəmənin ilkin baxış iclası iyunun 10-na təyin edilib. O, cəzasının azaldılmasını istəyir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zaur Tərlanov mübahisə zəminində Cavid və Cahid Rəhimov qardaşlarını odlu silahla öldürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol