«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə Suriya prezidenti Bəşər Əsəd növbəti dəfə «alt-üst» vuraraq, olduqca axmaq bir bəyanatla çıxış edib («TASS»).
Əslində, bir sıra ekspertlərin, beynəlxalq hüquq mütəxəssislərinin fikrincə, lap əvvəldən legitim prezident sayılmayan Bəşər Əsəd Suriya «Xalq Şurası deputatları»na müraciətində deyib: «Aleppo, Ərdoğan rejimi üçün məzarlığa çevriləcək - burada onun (Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərloğanın - red.) bütün arzu və ümidləri dəfn olunacaq».
«Onlar istəklərinə nail ola bilməyəndən sonra, bunun ardınca terrorizmi dəstəklmək barədə açıq bəyannamə ortaya qoyuldu və atəşin dayandırılması haqqında razılığın pozulmasna qol qoydular. Aleppoda xəstəxanalara, mülki əhaliyə qarşı hücum zamanı biz, bunları gördük. Ərdoğanın faşist rejimi öz diqqətini Aleppoya yönəldib. Çünki o, Suriyada məğlubiyyətə düçar olub və Aleppo, islami layihə olan «Müsəlman qardaşları» layihəsini həyata keçirmək yolunda onun sonuncu ümid yeridir. Amma Aleppo bu «qəssab»ın bütün ümid və arzularının məzarına çevriləcək» - deyə, Əsəd bəyan edib.
Bunun ardınca Suriyanın qeyri-legitim prezidenti Bəşər Hafiz oğlu özünün qeyri-legitim rejiminə verdiyi dəstəyə görə, Rusiyaya, İrana, Çinə və Livan müqavimət hərəkatına təşəkkür edib.
Buradan açıq-aydın görünür ki, Suriyanı qanlı vətəndaş müharibəsi meydanına çevirmiş Əsəd, prezident kimi qeyri-legitim sayıldığı qədər də «müsəlman qardaş» olmaq istəmir. Bəs, görəsən, Bəşər Hafiz oğlu hası dinə qulluq edir? Güman etmək olar ki, yaxın gələcək bu suala əhatəli cavab verəcək...

Şərhlər