Rusiya “Cənub axını” və “Türk axını” layihələrindən qəti olaraq imtina etməyib, sadəcə, Avropa Komissiyasının aydın mövqeyi gərəkdir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.
“Qara dənizin dibi ilə qaz ixrac marşrutlarına gəlincə, Türkiyə ilə bağlı məlum siyasi çətinliklər var. Lakin biz heç bir layihədən – nə “Cənub axını”, nədə ki “Türk axını” layihələrindən qəti olaraq imtina etmirik. Bizə sadəcə olaraq Avropa Komissiyasının aydın mövqeyi gərəkdir – aydın, anlaşılan, tam başa düşülən mövqe. Qeyd olunan layihələrin heç biri ilə bağlı bunu hələ ki görmürük”, - deyə Putin bildirib.

Şərhlər