Menu

Lənkəran sakininin əkin sahəsindən 274 çətənə kolu aşkarlanıb

08.06.2016, 16:29
Lənkəran sakininin əkin sahəsindən 274 çətənə kolu aşkarlanıb

Onun üzərində 1 kiloqram qurudulmuş marixuana və tüfəng olub

Lənkəran rayonunda axtarışda olan şəxsin əkin sahəsindən narkotik vasitələr aşkar olunub.

Bu barədə "Report"un Cənub bürosunun müxbirinə Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) bildirilib.

Məlumata görə, şöbənin Cinayət-Axtarış Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Digah kənd sakini 34 yaşlı Anar Xubəli oğlu Məmmədova məxsus torpaq sahəsində 274 ədəd xüsusi aqrotexniki qulluq olunmuş çətənə kolları aşkar olunub.

A.Məmmədov saxlanılan zaman onun üzərindən 1 kiloqram qurudulmuş marixuana və 1 tüfəng aşkar olunub.

Saxlanılan şəxs əvvəllər məhkum olunub. Sonuncu dəfə oğurluq cinayətində şübhəli olduğu üçün axtarışda olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol