Menu

Abdullah Gülün mühafizəçisi Mardindəki terrorda ölüb

08.06.2016, 20:10
Abdullah Gülün mühafizəçisi Mardindəki terrorda ölüb

Mardin vilayətinin Midyat rayonunda törədilmiş terror aktı zamanı ölən qadın polis əməkdaşlarından biri vaxtilə Türkiyənin sabiq prezidenti Abdullah Gülün mühafizəçisi olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Şerife Özden Kalmış hadisədən sonra Midyat Dövlət Xəstəxanasına qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışda ağır yaralanan və qaldırıldığı xəstəxanada həyatını itirən digər qadın polis əməkdaşı Nefize Özsoyun isə 6 aylıq hamilə olduğu müəyyənləşib.

Qeyd edək ki, bu gün Türkiyənin Mardin vilayətində Midyat Rayon Polis İdarəsinə yönəlik terror hücumu nəticəsində 5 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol