Menu

ABŞ Aralıq dənizinə iki aviadaşıyıcı göndərir

09.06.2016, 12:20
ABŞ Aralıq dənizinə iki aviadaşıyıcı göndərir

Xarici KİV-in yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Aralıq dənizinə iki aviadaşıyıcı göndərmək qərarına gəlib. Bu addımı atmaqla, Vaşinqton, Rusiyanın bölgədəki fəaliyyətini tarazlamaq niyyəti güdür («Röyter»).

Bununla eyni vaxtda NATO, Şərqi Avropada və Türkiyədə hərbi təlimlər keçirməyi planlaşdırır.

Bundan əvvəl xəbər verilmişdi ki, Moskva da Aralıq dənizində hərbi gəmilərin və sualtı qayıqların iştirakı ilə öz hərbi təlimlərini planlaşdırır.

NATO isə yazın əvvəlində xəbər vermişdi ki, Rusiyanı «çəkindirmək» strategiyası çərçivəsində Qara dəniz bölgəsində öznün iştirakını artırmaq barədə düşünür.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol