Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən növbəti hərrac keçirilib.
Bank sektorundan verilən məlumata görə, hərraca Neft Fondu tərəfindən 50 milyon ABŞ dollar çıxardılsa da, banklar 500 milyon dollar almaq istəyiblər. Yəni, tələb təklifi 10 dəfə üstələyib.
Bank sektorundan “Marja”ya bildirilib ki, bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların orta satış qiyməti 1.5122 manat olub.
Mərkəzi Bank 10 İyun 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 17:00 radələrində açıqlayacaq. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı orta qiymət ətrafında olur.
Əgər sabaha olan rəsmi USD/AZN məzənnəsi 1.5122 səviyyəsi ətrafında elan olunarsa, bu, Dolların Manat qarşısında bahlaşması demək olacaqdır (Bu gün USD/AZN 1.5084).

Şərhlər