Menu

Qeyri-sabit hava iyunun 13-dək davam edəcək - Xəbərdarlıq

09.06.2016, 14:30

hava aprel yagis gun yasilQeyri-sabit hava şəraitinin iyunun 13-dək davam edəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, qeyri-sabit hava şəraitinin iyunun 13-dək davam edəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Sabahın havasına gəlincə, Bakıda və Abşeron yarımadasında iyunun 10-da bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə iyunun 10-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol