Menu

Ağdamda mina partlayıb

10.06.2016, 18:57

mina_img15_64396Ağdamda iribuynuzlu heyvan minaya düşüb.

APA-nın Qarabağ bürosunun məlumata görə, hadisə rayonun Əsədli ərazi nümayəndəliyinin Küdürlü kəndində qeydə alınıb.

Kənd sakini Bədrəddin Əliyev Qarqar çayının sahilində heyvanları otararkən onlardan biri minaya düşüb və partlayış baş verib. Heyvan tələf olub.

Mina partlayışı nəticəsində insan itkisi olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol