İspaniya futbol komandasının qapıçısı David De Xea cinsi istismarda ittiham edilir.
Trend-in xarici mediaya istinadən məlumatına görə, kimliyi açıqlanmayan bir qadın De Xea ilə yanaşı, "Atletik Bilbao"nun oyunçusu İker Muniainin də adını çəkib.
Hadisə apreldən bəri cinsi istismar və insan alveri ittihamları ilə həbsdə yatan İqnasio Allende Fernandez haqqında ifadə verən qadının məhkəmədəki etirafı ilə ortaya çıxıb. O, yetkin yaşına çatmadığlı halda adıçəkilən iki futbolçu ilə birgə olduğunu deyib. Futbolçuların vəkilləri isə bu ittihamı müvəkillərinin maddi imkanları ilə əlaqələndirərək ittihamçının məqsədinin sadəcə pul qazanmaq olduğunu deyiblər. Ancaq məhkəmə bu müdafiəni rədd edib.
Futbolçularla bağlı iddia bununla yekunlaşmayıb. Onların azyaşlı qızları cinsi istismar edən "Torbe" ləqəbli İ.A.Fernandezin qurduğu şəbəkənin üzvləri olduğu iddia edilir.
"El Diario" qəzetinin verdiyi məlumata görə, De Xea və Muniain ittihamları qəbul ediblər. İspaniya futbol yığmasının baş məşqçisi Visente Del Boske bu hadisədən sonra De Xeanı Fransada keçiriləcək futbol üzrə Avropa çempionatına (Avro-2016) apardığı heyətdən çıxarıb.
İndiyə qədər təsdiqini tapmasa da, "Bavariya"nın futbolçusu Xavi Martines və "Real Madrid"in oyunçusu İskonun da bu ittihamlarla üz-üzə qaldığı deyilir.


Şərhlər