Menu

Salyan rayonuna yeni rəis - Təyinat

10.06.2016, 21:51

ramin-quluzade_251115Bu gün Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Salyan Telekommunikasiya Qovşağına yeni rəis təyin olunub.

Həmin vəzifəyə Nicat Əsgərov təyin olunub. Nicat Əsgərov bundan əvvəl Respublika Dövlət Statistika Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləyib.

Xatırladaq ki, Salyan Telekommunikasiya Qovşağının əvvəlki rəisi Faiq Nəcəfov bu il aprel ayının 15-də nazir Ramin Quluzadənin müvafiq əmri ilə işdən azad olunmuşdu. Qısa müddət əvvəl isə Salyan Telekommunikasiya Qovşağında audit yoxlaması aparılmışdı.(Virtualaz.org)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol