Menu

Avropa çempionatları tarixində 16 ildən sonra - İlk

11.06.2016, 16:08
Avropa çempionatları tarixində 16 ildən sonra - İlk

Avropa çempionatları tarixində 16 ildən sonra turnirə ev sahibliyi edən milli komanda açılış oyununda qalib gəlib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, "Avro-2016"ya ev sahibliyi edən Fransanın açılış görüşündə Rumıniyaya 2:1 hesabı ilə qalib gəlməsi ilə baş verib.

Bununla da, Avropa çempionatları tarixində 16 ildən sonra meydan sahibləri turnirin açılış matçında qələbəyə sevinib.

Qeyd edək ki, sonuncu dəfə "Avro-2000"nin açılış oyununda ev sahibi Belçika millisi İsveçi 2:1 hesabı ilə məğlub edib. "Avro-2004"də ev sahibi Portuqaliya Yunanıstana 1:2, "Avro-2008"də İsveçrə Çexiyaya 0:1 hesabı ilə uduzub. 2012-ci ilin Avropa çempionatının açılış görüşündə isə Polşa Yunanıstanla 1:1 bərabərə qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol