Menu

Türkiyədən İşid-ə ağır zərbə - 31 terrorçu öldürüldü

11.06.2016, 22:44
Türkiyədən İşid-ə ağır zərbə - 31 terrorçu öldürüldü

Bu gün Türkiyə Silahlı Qüvvələri tərəfindən Türkiyəyə qarşı atəş hazırlığında olan İŞİD-çilər vurularaq məhv edilib.Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə İŞİD hədəflərini “Fırtına” özüyeriyənləri ilə vurub.

Türk ordusuna Suriyada İŞİD-ə qarşı savaşan koalisiya gücləri tərəfindən aviasiya zərbələri ilə dəstək verilib.

Bu barədə Türkiyə Silahlı Qüvvələri rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, koalisiya təyyarələri tərəfindən Suriyada Cakka bölgəsinə 5, Didiyan bölgəsinə 4 olmaqla 9 hava zərbəsi endirlib.

Nəticədə 31 İŞİD terrorçusunun öldürüldüyü bildirirlir.

Bundan başqa İŞİD-ə məxsus üzərində yaylım atəş qurğusu olan 5 maşın, 2 bina və 3 minaatan qurğu məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol