Menu

Sel İsmayıllı yolunu dağıtdı - FOYO

13.06.2016, 10:54
Sel İsmayıllı yolunu dağıtdı - FOYO

Ötən gün İsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır."Azəravtoyol"dan ANS PRESS-ə verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər hansı bir ziyan dəyməyib. Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşahidə olunmayıb.

Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr (yol kənarlarında torpaq-çınqıl hissə) güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır.

Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağılıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır.

İsmayıllıda yağış suları rayonun kəndlərinə, xüsusən də təsərrüfat sahələrinə ciddi ziyan vurub. ANS PRESS-in məlumatına görə, bu barədə rayon icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Səməd Kamilli bildirib. Onun sözlərinə görə, artıq bir neçə gündür davam edən şiddətli yağışlar rayonda vəziyyəti ağırlaşdırıb.

"Yağış suları bəzi yerlərdə körpüləri tamamilə yuyub aparıb. İvanovka kəndinə gedən yol, Quşencə kəndi, Aşıqbayram kəndləri ciddi problemlərlə qarşılaşıb".

Əsas ziyan isə Qaraməryəm-İsmayıllı-Şəki avtomagistral yolunun 8-ci km-dən 23-cü km-nə qədər yol təsərrüfatına dəyib. Balik, Aşıqbayram, Qarakolluq kəndlərindəki kənd içi körpüləri sel yuyub aparıb. Həmin kəndləri təchiz edən 35 kvoltluq tanker dayaq aşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol