Menu

AVRO-2016: İspaniya yığması Çexiyaya qalib gəlib - VİDEO

13.06.2016, 21:47
AVRO-2016: İspaniya yığması Çexiyaya qalib gəlib - VİDEO

Avropa çempionları istəyinə son dəqiqələrdə çatıb

Futbol üzrə Avropa çempionatında D qrupunun ilk turuna yekun vurulub. "Report"un məlumatına görə, son iki qitə çempionatının qalibi İspaniya yığması Çexiya ilə qarşılaşıb.

Görüş İspaniyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Jerar Pike vurub.

Qeyd edək ki, D qrupunun digər matçında Xorvatiya da Türkiyəyə eyni hesabla qalib gəlib. İlk turdan sonra İspaniya və Xorvatiya hərəyə 3 xalla qrupa başçılıq edir. Türkiyə ilə Çexiya isə xalsızdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol