Menu

Azərbaycanın xarici dövlət borcu açıqlandı

14.06.2016, 14:40
Azərbaycanın xarici dövlət borcu açıqlandı

01 aprel 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumat açıqlanıb.

Maliyyə Nazirliyindən daxil olmuş məlumata görə, 01 aprel 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 milyard 448.7 milyon ABŞ dolları (11 milyard 486.6 milyon manat, adambaşına 1210 manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 21.0 faiz təşkil etmişdir.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

Xarici dövlət borcunun 82.3%-i əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə və 17.7%-i beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilmişdir.

Xatırladaq ki, 01 yanvar 2015-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 478.2 milyon ABŞ dolları (5 milyard 81.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8.6 faiz təşkil etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol