Menu

Milli Məclis bəzi viza məsələsində olan dəyişiklikləri qəbul etdi 

14.06.2016, 15:12

MİlliMeclissAzərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişdirilib.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunub.

Dəyişiklik layihəsinə əsasən, bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları ödəniləcək.

Qanuna təklif edilən digər dəyişikliyə görə, turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin, tranzit vizalarının rəsmiləşdirilməsi, eləcə də birdəfəlik və ikidəfəlik tranzit vizası üçün tələb olunan dövlət rüsumları ləğv edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol