Menu

İran 100 ədəd “Boeing” almaq niyyətindədir

15.06.2016, 00:10
İran 100 ədəd “Boeing” almaq niyyətindədir

İran ABŞ-ın “Boeing” konserni ilə 100 ədəd sərnişin təyyarəsinin alınmasına dair ilkin razılığa gəlib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, ABŞ hakimiyyətinin razılığı tələb olunan sazişdə təyyarələrin birbaşa və lizinq yolu ilə əldə olunması nəzərdə tutulub.

Məlumata görə, Tehran sazişin təfərrüatlarını yaxın günlərdə açıqlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol