Xarici KİV-in yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama bu gün Tibetin dini lideri Dalay-lama ilə görüşmək niyyətindədir («Exo Moskvı»).
«Bi-bi-si» qeyd edir ki, şübhəsiz, bu görüş Çin hakimiyyət dairələrində neqativ reaksiya doğuracaq. Belə ki, Çin hakimiyyəti Dalay-lamanın şəxsində təhlükəli separatçını görür.
Qeyd ədək ki, bazar ertəsindən başlayaraq, Tibetin dini lideri ABŞ-da üç günlük səfərdədir. O, artıq Donald Trampı tənqid atəşinə tutub. Məlumdur ki, Tramp bu günlərdə müsəlmanların bu ölkəyə girişinin qadağan edilməsi təşəbbüsü ilə çıxış edib. Dalay-lama isə deyib ki, bütün müsəlmanların şəxsində terrorçu görmək düzgün deyil.
Şübhəsiz, Dalay-lamanın ABŞ-a bu səfərində və Trampı tənqid etməsində «böyük hikmət» var ki, konkret təzahürləri bir müddət sonra üzə çıxacaq.
AzPolitika.info


Şərhlər