Menu

"Son zəng" şənliyində kütləvi dava - Bıçaqlananlar var

15.06.2016, 12:02

bicaqlanma sdfghjk bulvGədəbəydə "Son zəng" tədbirində insident olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiye və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbio Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Taöıyev və başqa bir nəfər saxlanılıb.

Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol