Menu

Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunub

16.06.2016, 11:44

hebs1-300x224Şantaj və hərbçilər arasında nizamnamə qaydalarının pozulmasında şübhəli bilinən Azərbaycan vətəndaşı Rusiyanın Rostov vilayətindən ekstradisiya olunub.

Bu barədə "Report" Rostov vilayəti prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.

Cinayəti törətdikdən sonra o, təqibdən qorxaraq, respublikanı tərk edib. Azərbaycan polis orqanları onu beynəlxalq axtarışa verib, 2016-cı ilin fevral ayında isə cinayətkar Rostov vilayətinin ərazisində saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol