Görüş şimali irlandların 2:0 hesablı qələbəsi ilə başa çatıb
Bu gün futbol üzrə Avropa çempionatının "C" qrupunda növbəti turun oyunu keçirilib.
"Report" xəbər verir ki, Fransanın Lion şəhərində Ukrayna millisi Şimali İrlandiya ilə qarşılaşıb.
Oyunda hesab 49-cu dəqiqədə açılıb. Şimali İrlandiyanın futbolçusu Qaret Makouli komandasını hesabda irəli çıxarıb. Matç stadiona dolu yağması səbəbindən 58-ci dəqiqədə dayandırılıb. Üç dəqiqə sonra davam etdirilən matçda ikinci qol da şimali irlandlardan gəlib. Görüşün əsas vaxtına əlavə olunmuş son dəqiqələrdə Niall Makqinn hesabı 2:0-a çatdırıb.
Qrupun Almaniya və Polşa arasında keçiriləcək digər qarşılaşması Bakı vaxtı ilə axşam saat 23:00-da oynanılacaq.


Şərhlər