Menu

Sabiq icra başçısının cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

17.06.2016, 10:20

mehkemeBakı Apellyasiya Məhkəməsində Qobustan rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Alışovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, iclasda işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan T. Alışov isə apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320 (sənədləri saxtalaşdırma) maddələri üzrə ittiham olunub.

2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilən R. Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol