Menu

“Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıq idi”- İvan Rakitiç

18.06.2016, 01:18
“Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıq idi”- İvan Rakitiç

“Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıq idi. Söz tapa bilmirəm”.Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu İvan Rakitiç deyib.

AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Çexiya ilə qarşılaşan balkanlıların ulduz futbolçusu matçın gedişində meydana məşəllər ataraq oyunu dayandıran azarkeşləri qınayıb.

O, görüş haqqında da danışıb: “Oyuna gəlincə isə, biz Çexiyadan daha yaxşı idik. Heç-heçəyə görə təəssüflənirik. Gələn oyun lazımı nəticəni qazanacağıq”.

Qeyd edək ki, matç zamanı baş vermiş insidentlərlə əlaqədar UEFA inzibati iş qaldıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol