Menu

​İndoneziyada daşqınlar 24 nəfərin ölümünə səbəb olub

19.06.2016, 11:46
​İndoneziyada daşqınlar 24 nəfərin ölümünə səbəb olub

Yüzlərlə ev su altında qalıb

İndoneziyanın Yava adasında baş verən daşqınlar nəticəsində ən azı 24 nəfər ölüb, 20-dən artıq insan itkin düşüb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə vəziyyətlər üzrə agentliyinin nümayəndəsi Sutopo Purvo Nuqroxo məlumat verib.

"İlkin məlumatlara görə, Mərkəzi Yava əyalətində daşqın və sürüşmə 24 nəfərin ölümünə gətirib çıxarıb, daha 26 nəfər hələ də, itkin düşmüş hesab olunur", — deyə o bildirib.

Təbii fəlakət nəticəsində bir neçə yüz ev su altında qalıb. Güclü yağışlar palçıq selinə və sürüşməyə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol