Menu

 32 qızıl diş və xeyli pul oğurlandı - Stomatoloqun evindən

19.06.2016, 16:23

basqinsdjjsdhcuhBakıda diş həkimi Eyyub Ələsgərovun evi qarət olunub.

ANS PRESS-in məlumatına görə, naməlum şəxslər həkimin evindən 38 qızıl diş aparıblar.

Oğrular 48 yaşlı həkimin Binəqədi rayonundakı evinə pəncərədən daxil olublar. Hadisənin saat 14:30 - 21:00 arası, evdə heç kim olmadığı zaman törədildiyi ehtimal olunub.

İmplantlardan əlavə oğrular 10 min manat, dəyəri 3,15 min manat olan 7 qızıl sikkə aparıblar.

Hadisəni törədənlər aradan çıxa biliblər, polis araşdırmanı davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol