Menu

Futbolçunun evinə oğru girdi - Əlbəyaxa oldular

19.06.2016, 18:25
Futbolçunun evinə oğru girdi - Əlbəyaxa oldular

Azərbaycanlı futbolçu cinayətə məruz qalıb.

“Bakı” klubunun futbolçusu və eyni zamanda kapitanı olan Qeyrət Əliyevin evinə oğru girib. Q.Əliyevə məxsus Xətai rayonu Gəncə prospektindəki evə gecə saat 03:00-04:00 radələrində maskalı bir nəfər soxulmağa çalışıb.

Üçüncü mərtəbəyə pəncərədəki barmaqlıqlardan tutaraq dırmaşan şəxs evə girdikdən sonra sürprizlə qarşılaşıb. İşıqların sönülü olmasına aldanan oğru qarşısında Qeyrəti görüncə çaşbaş qalıb qaçmaq istəyən zaman isə əlbəyaxa olublar. Oğrunu zərərsizləşdirəndən sonra məlum olub ki, həmin şəxs Q.Əliyevin qonşusu imiş. Futbolçu bildirib ki, həmin ailə ilə dostluq əlaqələri olduğu üçün polisə şikayət barədə düşünmür (1xəbər.com).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol