Menu

Türkiyədə növbəti partlayış: 4 yaralı

19.06.2016, 22:35
Türkiyədə növbəti partlayış: 4 yaralı

Türkiyənin Mardin əyalətinin Kızıltəpə bölgəsində partlayış baş verib.APA-nın verdiyi məlumata görə, nəticədə 4 nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıblar. Onların həyatlarına təhlükə yoxdur.

İnsident nəticəsində bir neçə binaya zərər dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

İlkin ehtimala görə, Kızıltəpədə əldəqayırma partlayıcı qurğu işə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol