Menu

AVRO-2016: İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb

20.06.2016, 01:48
AVRO-2016: İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb

Avro-2016-da qrup mərhələsinin III turuna start verilib.APA-nın məlumatına görə, “A” qrupunda iki oyun keçirilib.

Artıq 1/8 finala vəsiqəni təmin edən Fransa yığması İsveçrə ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.Qrup mərhələsində 5 xal toplayan İsveçrə millisi play-off mərhələsinə vəsiqə qazanıb.

Qrupun digər matçında Albaniya Rumıniya ilə görüşüb. Oyunda yeganə qolu albaniyalı Armando Sadiku vurub. Beləliklə, rəqibini qabaqlayan Albaniya 3 xalla qrupda 3-cü yeri tutub.

Avropa çempionatı

Qrup mərhələsi

III tur

19 iyun

A qrupu

Rumıniya - Albaniya - 0:1

Qol: Sadiku, 43

İsveçrə - Fransa - 0:0

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol