Menu

Avropaya qaçmaq istəyən ermənilər - Tutuldu

20.06.2016, 12:18

Qandal qolda 220811Polşa sərhədçilərinin tutduğu ermənilər bir ailənin üzvləri olub.

Sərhəd pozan ermənilər tutuldular. Ans press-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, 4 erməni saxlanılıb. Onlar Polşa- Litva sərhəddini qanunsuz keçməyə cəhd edi blər.

Patrul xidməti Litva nömrəsi olan "Renault Laguna" saxlanılıb. Maşında 5 erməni olub. Onlardan 3-ü böyük, ikisi isə uşaq idi. Saxlanılan ermənilər 41-14 yaş arasında olub. Ehtimala görə, saxlanılanlar bir ailənin üzvləri olublar.

Polşalı sərhəd xidmətinin məlumatına görə, ermənilərin pasportlarındakı ştamplar saxta olub.

Ancaq sürücünün Litvada yaşamaq icazəsi olduğu üçün o azad edilib.

İndi saxlanılan qadın və kişini 6 aya qədər həbs cəzası gözləyir. Onu 2 il şərti cəza ilə əvəz etmək mümkündür.

Görünür Ermənistandakı ağır sosial vəziyyətdən əziyyət çəkən sadə insanlar çıxış yolunu mümkün qədər uzağa qaçmaqda görürlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol