Menu

"FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina var" - Abid Şərifov

23.06.2016, 15:35

abid_sharifov_00Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyi olmadan istismara verilən binaların sayında ciddi azalma müşahidə olunur.

"APA-Economics" xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.

Baş nazirin müavini deyib ki, təkcə Bakı şəhərində 6-7 ay bundan öncə bu cür binaların sayı 300-ə yaxın olub: "Bu məsələ Nazirlər Kabinetində aidiyyatı qurumların nümayəndələri ilə keçirilən görüşdə müzakirə olundu və görülən tədbirlər nəticəsində hazırda bu cür binaların 100-ə enib. Bu istiqamətdə ciddi işlər aparılır. Bu sahədə problemlər var. Məsələn, bəzi binalar yarımçıq tikilib, bəzilərinin lifti yoxdur, digərlərində başqa çatışmazlıqlar var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol