Menu

Britaniya baş naziri istefa verdi

24.06.2016, 11:39
Britaniya baş naziri istefa verdi

Böyük Britaniya baş naziri Devid Kemeron istefa verib.

APA-nın məlumatına görə, o bunu canlı yayında xalqa müraciəti zamanı deyib.

O bildirib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir.

Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən Kemeron növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək.

Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumda əksəriyyət ölkənin Avropa İttifaqından ayrılmasına səs verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol