Menu

Bakıdan Türkiyə və Bolqarıstana avtobus xətti açılır

26.06.2016, 16:44
Bakıdan Türkiyə və Bolqarıstana avtobus xətti açılır

Bakıdan Türkiyə və Bolqarıstana avtobus marşrutu açılır.

Fins.az-ın Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumatına görə, Türkiyənin "Metro Turizm" şirkəti ilə bağlanan müqaviləyə əsasən, 1 iyuldan etibarən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində avtobus reysləri həyata keçiriləcək. Bolqarıstana turistlər sadələşdirilmiş viza ilə gedə bilərlər.

Biletin qiyməti 130 manat nəzərdə tutulub, gediş vaxtı isə 2 sutkadır. Avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola düşəcək. Reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol