Menu

Sabah Avropa Parlamenti qətnamə qəbul edəcək

27.06.2016, 16:03
Sabah Avropa Parlamenti qətnamə qəbul edəcək

Avropa Parlamenti iyunun 28-də Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı qətnamə qəbul edəcək.

APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin mətbuat xidmətinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Böyük Britaniyada keçirilən referendumla bağlı parlamentin növbədənkənar sessiyası toplanacaq. Hazırda qətnamənin mətni hazırlanır.

TASS-ın Brüsseldəki mənbəyə istinadən verdiyi məlumata görə, qətnamədə Lissabon razılaşmasının 50-ci maddəsinə uyğun olaraq Böyük Britaniyanın Aİ-dən çıxmaq niyyəti ilə bağlı tez bir zamanda rəsmi müraciət etməsi tələb olunacaq.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib və seçicilərin 52 faizi bu təklifi dəstəkləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol