Menu

Neftin qiyməti Norveç və Nigeriyadan gələn xəbərlərlə azalır

30.06.2016, 09:39

oil-price-fall

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar azalaraq 49,40 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,61 dollar azalaraq 50,00 dollar olub.

Qeyd edək ki, ABŞ-da kommersiya neft ehtiyatlarının həftə ərzində 4,1 mln. bareldən çox azalması nefti kəskin bahalaşdırıb. Bunun nəticəsi olaraq Brent markalı neftin 1 barrelinin dəyəri psixoloji hədd olan 50 dollar səviyyəsini ötüb. Lakin bunun ardından Norveçdə neftçilərin tətili dayandıracağı və Nigeriyada hasilatın artması ilə bağlı yayılan xəbərlərdən sonra neft ucuzlaşmağa başlayıb. /"APA-Economics"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol