Menu

Diplomatik korpusun nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edirlər

30.06.2016, 12:00
Diplomatik korpusun nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edirlər

İyunun 28-də İstanbulda baş vermiş terror hadisəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində açılan xatirə kitabının imzalanma mərasimi keçirilir.

APA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.

İmzalanma mərasimi axşam saat 18:00-dək davam edəcək.

Gün ərzində Azərbaycanın dövlət və hökumət üzvlərinin, ictimaiyyət nümayəndələrinin, vətəndaşların səfirliyi ziyarət etməsi gözlənilir.

Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında 3 kamikadzenin törətdiyi terrorda 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol